Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana onunla bağlı sənədli film hədiyyə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri Ərdoğanın uşaqlıq illərindən, siyasətdəki yüksəlişindən və uğurlarından bəhs edən sənədli filmi Soçidə ikitərəfli görüş zamanı təqdim edib.
Bildirilib ki, Ərdoğanla bağlı sənədli filmi əslən azərbacandan olan jurnalist, TASS İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman hazırlayıb. Daha əvvəl Ərdoğanın 4 dəfə müsahibə verdiyi Qusmanın “Formula Vlasti” proqramı çərçivəsində hazırladığı sənədli filmdə Ərdoğanın uşaqlıqdan bəri keçdiyi həyat yolu, siyasətdə yüksəlişi, uğurları və idarəçilik dövründəki xidmətləri əksini tapıb.
Bundan başqa, filmdə prezident Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” kitabından mühüm açıqlamalar yer alıb.
Rusiyalı jurnalist Qusman prezident Ərdoğanın böyük siyasətçi olduğunu ifadə edib:
"Türkiyə belə bir liderə sahib olduğu üçün xoşbəxt ölkədir. O, sadəcə böyük siyasətçi deyil, böyük şəxsiyyətdir, böyük xarizmadır. Müasir dünyanı anlayan çox yüksək səviyyəli, strateji təfəkkürə sahib siyasi analitikdir. Bu gün Ərdoğanın lider kimi rolu təkcə Türkiyədə deyil, dünyada da son dərəcə əhəmiyyətlidir".
Aygün
Manşet.az