Türkiyə və Yaponiya müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün əməkdaşlıq edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməkdaşlıq çərçivəsində Türkiyə və Yaponiya nazirləri İstanbulda görüşəcək, bundan sonra Türkiyə, Ukrayna və Yaponiya şirkətləri üç biznes forumu təşkil edəcəklər.
Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada paytaxt Kiyev başda olmaqla ölkənin bir çox şəhərində binalar və infrastruktur dağılıb. Ukraynanın yenidən qurulmasının Türkiyə və Yaponiya şirkətlərinin əməkdaşlığı üçün böyük fürsət olacağı bildirilib.
Qeyd olunub ki, türklərin sahibkarlıq bacarıqlarını və təcrübəsini yaponların maliyyə imkanları və texnologiyaları ilə birləşdirərək mühüm layihələr həyata keçiriləcək.
Aygün
Manşet.az