Fransa univeritetlərində 300 müsəlman qız tələbə hicab geyindiyinə görə geri evə göndərilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransada hökuməti keçən ay qəbul etdiyi qərarda bunun təhsildə dünyəvilik qaydalarını pozduğunu, müsəlmanların hicabının dini mənsubiyyət əlaməti olduğunu bildirmişdi.
Beləki, dərs ilinin ilk günündə 300-ə yaxın qızın hicab geyinərək gəldiyi, əksəriyyətinin paltarı dəyişməyə razı olduğu, lakin 67 nəfərin bundan imtina edərək evə göndərildi bildirilib.
Müsəlman hüquqlarını təmsil edən dərnək Fransanın ən yüksək məhkəməsi olan Dövlət Şurasına şikayət ərizəsi ilə müraciət edib.
Qeyd edək ki, 2004-cü ilin mart ayında qəbul edilən qanuna əsasən, məktəblərdə "şagirdlərin dini mənsubiyyətini göstərən işarələr və ya geyimlər geyinməsi" qadağan edildi. Bura böyük xristian xaçları, yəhudi kipaları və İslam hicablarının daxil olduğu bildirilir.
Aygün
Manşet.az