Ukrayna Prezidentinin müşavirinə sui-qəsd oldu

13:03 - 22 Sentyabr 2021

Ukrayna Prezidentinin müşavirinə sui-qəsd oldu

Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.

Manset.az xəbər verir ki, məlumatı “ukranews” yayıb.

“Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.

UNN-in məlumatına görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Hadisə Kiyev vilayətində törədilib.

Prezidentin müşavirinə hücum edənlərin tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az