İran AEBA-nın bir neçə müfəttişinin akkreditasiyasını ləğv etdi

19:57 - 16 Sentyabr 2023

İran AEBA-nın bir neçə müfəttişinin akkreditasiyasını ləğv etdi

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv etmək qərarı barədə məlumat verib.

 

Manset.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, bu müfəttişlər zənginləşdirmə texnologiyaları üzrə unikal biliyə malik agentliyin ən təcrübəli ekspertlərindəndir:

“Onlar agentliyin mühafizəsi altında İranın uranın zənginləşdirilməsi obyektlərində mühüm yoxlama işləri aparıblar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az