BMT Təhlükəsizlik Şurasında İran və Əfqanıstan müzakirə olundu

18:28 - 23 Sentyabr 2021

BMT Təhlükəsizlik Şurasında İran və Əfqanıstan müzakirə olundu

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin xarici işlər nazirləri Baş Assambleyanın sessiyası çərçivəsində görüş keçirib.

Manşet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass "Twitter" səhifəsində məlumat verib.

"Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün iclasına sədrlik etdim. Qurumun daimi üzv ölkələrinin - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın gündəmində İranın nüvə proqramı, Əfqanıstan və COVID-19 mövzuları var idi”, - Trass əlavə edib.

Bundan əvvəl nazir rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə də bu mövzulara toxunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az