İspaniyada tətbiq edilən yeni heyvan rifahı qanununda ev heyvanı termini onurğalı heyvan olaraq dəyişdirilib və siçanlar da daxil olmaqla onurğalı heyvanı vurmaq, yaralamaq və ya öldürmək artıq həbs və ya cərimə ilə cəzalandırılacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, heyvanlarla bağlı hüquqi tənzimləməyə görə ecvil olmayan onurğalı heyvanının ölümünə səbəb olan şəxsə “6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai xidmət” cəzası verilir.
Xəsarət almadan pis rəftara məruz qalma hallarında “bir aydan iki ayadək cərimə və ya bir gündən otuz günədək ictimai xidmət cəzası” tətbiq ediləcək. Yəni itinin ipini çəkən və ya pis danışan şəxs cəzalandırıla bilər.
İspaniya Konqresinin təsdiq etdiyi cinayət məcəlləsinə edilən dəyişikliklə onurğalı heyvanlar kateqoriyasına onurğası və kəllə sümüyü olan skeleti olan istənilən heyvanı, dolayısı ilə balığı, siçanı, kərtənkələni öldürmək eyni cür cəzalandırılır.
Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur. Dəyişiklik həm də o deməkdir ki, əgər evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa polisə məlumat verildiyi təqdirdə 3 aydan 12 aya qədər həbs cəzası ilə üzləşmək mümkündür.