Türkiyənin 6 bölgəsində meşə yanğını qeydə alınıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağ, Bursa, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir.
İzmirdə baş verən yanğın nəzarət altına alınıb. Tekirdağ, Bursa, Sakarya, Antalya və Kahramanmaraşda meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir.