İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa əvvəlki bəyanatına görə təşəkkür edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu “Times of Israel” yazıb.
Netanyahu X sosial şəbəkəsində Trampa göstərdiyi böyük dəstəyə görə təşəkkür edib.
“Biz ümumi düşmənlərimizi məğlub etmək, girovlarımızı azad etmək və tezliklə sülh dairəsini genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik", - o yazıb.
Xatırladaq ki, Tramp İsrail liderinin İrana qarşı hərəkətlərini təqdir edib və baş nazirin korrupsiya məhkəməsinin ləğv edilməsini istəyib.