Azərbaycanda ət bahalaşa bilər - VİDEO

08:30 - 27 İyun 2025

Azərbaycanda ət bahalaşa bilər - VİDEO

Mal-qaranın əsas qida mənbəyi sayılan quru otun qiyməti əl yandırır.


Manset.az Xəzər xəbərə istinadən xəbər verir ki, bu barədə hazırlanan reportajda qeyd olunur.

Bildirilib ki, məhsuldarlıq ötən illərlə müqayisədə yüksəkdir. Tovuzdakı satış məntəqələrində satıcılar nisbətən ucuzlaşmanın olduğunu, alıcılar isə bunun əksini deyirlər.

Qeyd olunub ki, Şəki və İsmayıllıda ot qiymətləri 4-6 manat arasında dəyişir.

"Təsərrüfat sahibləri deyirlər ki, hazırkı qiymətlər qış aylarında olanlarla eynidir. Hazırda ot bazarında qiymətlər 2 manatdan başlayır. Daha faydalı yem hesab edilən yonca və vələmirin bir bağlaması isə 4-5 manatdan yuxarıdır", deyə reportajda qeyd olunur.

İqtisadçı Xalid Kərimli deyir ki, xərclərin artması yekunda ət qiymətlərinə də təsir edir. O bildirib ki, ətin qiymətinin yenidən artması da qaçılmazdır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az