İraqdakı Bədr Təşkilatından ABŞ-a təhdid

16:45 - 09 Oktyabr 2023

İraqdakı Bədr Təşkilatından ABŞ-a təhdid

İraqdakı Bədr Təşkilatının sədri Hadi əl-Amiri ABŞ-ın Fələstinə müdaxilə ehtimalı ilə bağlı açıqlama verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hadi əl-Amiri ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyini bildirib.

Hadi əl-Amiri açıqlamasında iraqlıların Fələstin davasına bütün gücləri ilə dəstək verməsi lazım olduğunu bildirib: 

“ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik. Heç kim Fələstinin sionistlərə qarşı belə bir qələbə qazanacağını və sionist kəşfiyyatının uğursuzluğa düçar olacağını düşünməzdi. Allahın izni ilə Fələstinin azadlığı İraqdan başlayacaq. Yalnız İslam inqilabı və müqavimət qrupları Fələstinin yanında olub və bu gün Fələstin xalqının iradəsi qalib gəlir".  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az