Nyu Yorkda Fələstin və İsrail tərəfdarları arasında toqquşma - VİDEO

17:00 - 09 Oktyabr 2023

Nyu Yorkda Fələstin və İsrail tərəfdarları arasında toqquşma - VİDEO

ABŞ-ın Nyu-York şəhərində Fələstin ilə İsrail tərəfdarları təşkil etdikləri etiraz aksiyaları nəticəsində üz-üzə gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tayms Meydanında hər iki tərəf əllərində bayraqlarla aksiya keçiriblər. Fələstin bayraqları daşıyan nümayişçilər HƏMAS-ın İsrailə qarşı hücumlarını dəstəkləyərək "Fələstini azad edin" kimi şüarlar səsləndiriblər.

Əllərində İsrail bayraqları tutan nümayişçilər isə “Utanc” və “Qatillər” kimi şüarlar səsləndirərək fələstinli tərəfdarlara reaksiya veriblər.

Nyu York polisinin bölgədə geniş təhlükəsizlik tədbirləri nəticəsində hər iki qrup bir-biri ilə fiziki təmasda olmayıb.    

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az