Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda Londonda yəhudi restoranı hücuma məruz qalıb.
Manset.az xəbər verir ki, cinayətkarlar şüşə qapını sındıraraq kassadan pul oğurlayıblar.
“Independent” qəzeti "Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoran vandalların hədəfinə çevrilib", deyə məlumat verib.
London polisi bildirib ki, İsrail və Fələstin arasında gərginləşən qarşıdurma fonunda asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulları artırıblar.
Aygün
Manşet.az