Erməni nazir Bişkekə getmir - Mirzoyan- Bayramov görüşü olmayacaq

18:00 - 09 Oktyabr 2023

Erməni nazir Bişkekə getmir - Mirzoyan- Bayramov görüşü olmayacaq

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmayacaq.

 

Manset.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan açıqlayıb.

"Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 4-də MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat verib ki, MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasında Ermənistan Respublikası xarici işlər nazirinin müavini iştirak edəcək", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN başçısının müavini Mixail Qaluzin Bişkekdə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün keçirilə biləcəyini açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az