İsrail Livandan sızma cəhdlərindən sonra bəzi hədəfləri döyüş təyyarələri ilə vurub.
Manset.az Livan mətbuatına istinadən xəbər verir ki, İsrailin Livandan keçərək sızma cəhdi və sonrakı münaqişələrdən sonra bölgədə gərginlik artıb.
İsrailin oktyabrın 7-dən etibarən sərhəddə yaranan gərginlikdən sonra ilk dəfə olaraq Livanın cənub sərhədinə hava hücumu təşkil etdiyi bildirilib.
Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti öz xəbərində Mervahin qəsəbəsində bəzi nöqtələrə hava hücumu təşkil edildiyini bildirib.
İsrail ordusunun radiosu Livandan İsrailə yeni sızma cəhdlərinin olduğunu bildirib.
Bundan əlavə, İsrail mərkəzli Kanal 12 televiziyası sərhəddə ilk sızma cəhdi zamanı başlayan qarşıdurmalarda 3 İsrail əsgərinin yaralandığını bildirib.
İsrail ordusu daha əvvəl Livan sərhədindən ölkəyə sızmağa çalışan bəzi silahlı şübhəlilərin öldürüldüyünü açıqlamışdı.
Jalə
Manşet.az