Karl Nehammer bu tarixdə Türkiyəyə rəsmi səfər edəcək

18:16 - 09 Oktyabr 2023

Karl Nehammer bu tarixdə Türkiyəyə rəsmi səfər edəcək

Avstriyanın Baş naziri Karl Nehammer Türkiyəyə rəsmi səfər edəcək.

 

Bu barədə Manset.az TRTHaber-ə istinadən xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq səfər 9-10 oktyabr tarixlərini əhatə edir.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Avstriya arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək və əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az