İsrail və HƏMAS arasında qarşıdurma davam edərkən, İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama yayıb.
Manset.az xarici KİV-və istinadən xəbər verir ki, bu gün verdiyi açıqlamada "İsrailin HƏMAS hücumlarına cavabı Yaxın Şərqi dəyişəcək" deyib.
Netanyahunun HƏMAS-ın baş nazirlik binasında əməliyyat başlatdığı cənub şəhərlərinin merləri ilə görüş keçirdiyi bildirilib.
İsrail ordusunun Qəzza zolağına hücumları gecə boyu davam edib. 500-dən çox hava hücumu təşkil edildiyi bildirilərkən, bir məscid də bombaların hədəfi olub. Üç gündür həyata keçirilən hücumlarda 560 fələstinli və 800 israilli həyatını itirib. İsrail Qəzza zolağının blokadaya alınacağını açıqlayıb.
İsrail Qəzzada 113 min insanın yaşadığı Cibaliye qaçqın düşərgəsini raketlərlə vurub. Hücum nəticəsində onlarla fələstinli həyatını itirib. Çoxlu yaralıların olduğu da bildirilib.
Jalə
Manşet.az