İsrailin Livanın cənubuna hücumunda 1 Hizbullah üzvünün öldüyü bildirilib.
Manset.az xəbər verir ki, hücumla bağlı məlumat Livanda Hizbullah Hərəkatına yaxınlığı ilə tanınan Al Mayadeen TV-nin saytındakı xəbərdə paylaşılıb.
Xəbərdə bu gün İsrailin Livanın cənubuna hücumunda 1 Hizbullah üzvünün həyatını itirdiyi bildirilir.
İsrail ordusu Livan sərhədindən ölkəyə sızmağa çalışan bəzi silahlı şübhəlilərin öldürüldüyünü, daha sonra sərhəd bölgəsinə hava hücumu təşkil etdiyini açıqlayıb.
Jalə
Manşet.az