Netanyahu Baydenə Qəzzada quru əməliyyatı keçirmək niyyətindədi - İddia

22:38 - 09 Oktyabr 2023

Netanyahu Baydenə Qəzzada quru əməliyyatı keçirmək niyyətindədi - İddia

İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Co Baydenə Qəzzada quru əməliyyatı keçirməkdən başqa seçimlərinin olmadığını dediyi iddia edilib.

 

Manset.az Axios xəbər saytına istinadən xəbər verir ki, , Biden-Netanyahu arasında HƏMAS-ın hücumlarından sonra reallaşan telefon danışığından xəbəri olan İsrail və ABŞ mənbələrinə əsaslanan söhbətdə Qəzzaya quru əməliyyatı ehtimalı müzakirə edilib.

Bayden Qəzzada israilli girovlar məsələsini gündəmə gətirərkən, Netanyahu ABŞ prezidentinə "(Qəzzəyə girməliyik. Hazırda danışıqlar apara bilmərik" deyib.

Ölkəsinin HƏMAS-ın hücumlarına cavab olaraq güc tətbiq etməkdən başqa çarəsi olmadığını deyən Netanyahu “Bir ölkə Yaxın Şərqdə zəiflik göstərə bilməz” mesajını verib.

Netanyahu Livan sərhədində cəbhənin açılmasının narahatlıq doğurduğunu, lakin ölkəsinin bu ssenariyə hazır olduğunu bildirib. Bundan əlavə, Netanyahu “çəkindirmə”nin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Mənbələr bildirib ki, Bayden Netanyahunu Qəzzada quru əməliyyatı keçirməməyə və ya İsrailin baş nazirinə bu cür təzyiq göstərməyə inandırmağa çalışmayıb.

Ağ Ev və İsrail Baş Nazirliyi hələlik iddialarla bağlı açıqlama verməyib.

İsrail ordusunun qurudan Qəzza zolağına daxil olacağı təqdirdə itki riskinin artacağı bildirilir.

Bundan əlavə, mümkün quru əməliyyatının fələstinli mülki itkilərin daha da artmasına səbəb olacağı və bunun Tel-Əvivə beynəlxalq təzyiqləri artıra biləcəyi qiymətləndirilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az