Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstin müharibəsi ilə bağlı tərəflərə çağırış edib.
Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.
"Türkiyə olaraq tərəflər tələb edərsə, hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırıq. Bu gün Fələstin Prezidenti və İsrail Prezidenti ilə çox məhsuldar telefon danışığım oldu. Mən mülki vətəndaşların həlak olması ilə bağlı dərin kədərimizdən danışdım. Mən bildirdim ki, biz münaqişələrə son qoymaq üçün əlimizdən gələni etməyə hazırıq." Ərdoğan deyib.