Fələstin prezidenti Mahmud Abbas ərəb liderləri ilə İsrailin hücumlarının dayandırılması imkanlarını müzakirə etmək üçün telefon danışıqları aparıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin prezidenti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşlər keçirib.
Abbas liderlərlə görüşündə İsrailin hər yerdə, xüsusilə Qəzzada Fələstin xalqına qarşı hücumlarını dayandıra biləcək bütün tərəflərlə işləməyin vacib olduğunu bildirib.
Liderlər Abbasla görüşdə gərginliyin azaldılması üçün bütün regional və beynəlxalq tərəflərlə ünsiyyət üçün hər cür səy göstərəcəklərini bəyan ediblər.
Əfsanə
Manşet.az