Fələstin İsrailin hücumlarını dayandırmaq üçün BMT-ni müdaxilə etməyə çağırdı

11:16 - 10 Oktyabr 2023

Fələstin İsrailin hücumlarını dayandırmaq üçün BMT-ni müdaxilə etməyə çağırdı

Fələstin prezidenti Mahmud Abbas İsrailin xüsusilə Qəzza zolağına hücumlarını dayandırmaq üçün BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Abbas BMT-ni dərhal hadisələrə müdaxilə etməyə çağırıb.

Abbas qəzza zolağında Fələstin xalqına humanitar və tibbi yardımın göstərilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, BMT Qəzza zolağında humanitar fəlakətin qarşısını almaq üçün müdaxilə etməli və Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etmək üçün beynəlxalq səviyyədə qanuniləşdirilmiş vəzifələri yerinə yetirməlidir.

Mahmud Abbas bölgədəki gərginliyin yeganə həllinin İsrailin paytaxtı Qüds olan Fələstin Dövlətinin torpaqlarının işğalına son qoymasını siyasi həll yolu olduğunu bildirib.

Antonio Quterreş isə qeyd edib ki, BMT Qəzza zolağının əhalisinə təcili humanitar yardımın çatdırılması və davam edən gərginliyin dayandırılması üçün bütün müvafiq beynəlxalq tərəflərlə əlaqə yaratmaq üçün səy göstərir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az