İsrail Xarici İşlər Nazirliyi bu gün Pekin səfirliyində çalışan işçiyə bıçaqla hücum edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Çinin paytaxtı Pekində səfirlik binasının qarşısında səfirlik əməkdaşının bıçaqlandığı və xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Açıqlamada hücumun səbəbi açıqlanmayıb. Yaralıların vəziyyətinin yaxşı olduğu və müalicələrinin davam etdiyi bildirilib.
Sosial mediada paylaşılan görüntülərdə ağ paltarlı adamın yerə yıxılan şəxsi dəfələrlə bıçaqladığı görünür. Bıçaqlanan şəxs qan içində oradan uzaqlaşmaq istəyərkən bıçaqlı şəxs əks istiqamətə gedib.
Əfsanə
Manşet.az