ABŞ Çinə qarşı yeni sanksiyalar planlaşdırır

21:36 - 14 Oktyabr 2023

ABŞ Çinə qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinə satıla biləcək süni intellekt çipləri və avadanlıqlarına yeni nəzarət planı tətbiq etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Çinə qarşı yeni məhdudiyyətlər gələn həftənin əvvəlində elan edilə bilər. Ağ Ev bununla Çinin süni intellekt sahəsində hərbi üstünlüyünün qarşısını almaq niyyətindədir.

Məhdudiyyətlər, həmçinin yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlığın ixracına aiddir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az