Londonda BBC telekanalının baş ofisinin divarlarına qırmızı boya töküblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Londonda fələstinlilərlə həmrəylik yürüşündən bir qədər əvvəl baş verib.
Bildirilir ki, BBC HƏMAS qruplaşmasının üzvlərini terrorçu adlandırmaqdan imtina edib və bu, Britaniya cəmiyyətində qızğın müzakirələrə səbəb olub.
Qeyd edək ki, London küçələrində minlərlə insan Fələstinə dəstək nümayişi keçirib.