HƏMAS-ın İsrailə atdığı raketlərin sayı AÇIQLANDI

21:09 - 15 Oktyabr 2023

HƏMAS-ın İsrailə atdığı raketlərin sayı AÇIQLANDI

Oktyabrın 7-dən HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağından İsrail ərazisinə 6 300 raket atılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Today in Israel” resursu məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az