Bayden Qəzzanı bombalayan İsrailə tarixi xəbərdarlıq etdi

10:11 - 16 Oktyabr 2023

Bayden Qəzzanı bombalayan İsrailə tarixi xəbərdarlıq etdi

ABŞ prezidenti Co Bayden CBS News kanalının "60 Dəqiqə" proqramında qonaq olub.

 

Manset.az xaric mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Qəzzada şiddətlənən İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama verib.

Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib. O, HƏMAS-ın tamamilə məhv edilməsinin vacibliyini, lakin Fələstin rəhbərliyi və dövləti üçün bir yol olması lazım olduğunu bildirib.

Bayden Qəzzanın günahsız xalqının qida, su və dərman vasitələrinə çata biləcəyini vurğulayıb:

“Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. Bu, bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi böyük səhv olardı. Amma onun ora girməsi, Hizbullah və Həmas kimi ekstremistləri məhv etməsi lazımdır”.  

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az