Kılıçdaroğlu “Güldür-Güldür” komandasına zəng etdi

12:33 - 16 Oktyabr 2023

Kılıçdaroğlu “Güldür-Güldür” komandasına zəng etdi

Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlu Türkiyənin məşhur "Güldür-Güldür" komediya proqramına zəng edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə proqramın moderatoru Ali Sunal sosial media hesabında paylaşım edib. 

Beləki, son zamanlar siyasətlə bağlı səhnəcikləri ilə gündəmə gələn komediya proqramı "Güldür-Güldür" komandasının son buraxılışında yayımlanan "CHP-də Dəyişiklik" səhnəciyi sosial mediada trend mövzusuna çevrilib.

Səhnəcikdə CHP daxilindəki müzakirələr və seçki prosesi zamanı baş verən hadisələr təsvir olunub.

Ali Sunalın “Güldür-Güldür” şousunun rəsmi hesabından paylaşdığı açıqlamada bu sözlər yer alıb:

"Cənab Kamal Kılıçdaroğlu zəng edərək dünən axşam yayımladığımız skeçlə bağlı "Əvvəllər bu cür yumor çox edilirdi, siyasətçilər bunu məmnuniyyətlə, tolerantlıqla qarşılayır, çox dəyərləndirirdilər. İndi də sizin bu tip səhnəciklərə yer verməyiniz çox dəyərlidir. Bu tip yumorun siyasətə, siyasətçilərin və ən əsası ictimaiyyətin çox ehtiyacı var. Mən bunu məmnuniyyətlə izlədim və əməyi keçən hər kəsi təbrik edirəm.  Qəbul etsəniz, münasib zamanda gəlib izləmək istərdim”, dedi. Təşəkkür edirik və gözləyirik".

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az