16 ildən sonra albom çıxaran və Avropa turnesinə başlayan Mahsun Kırmızıgül tur öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin “Musiqidən niyə ayrıldınız?” sualına Kırmızıgül “Məni izləməyə gələn tamaşaçılar o qədər də keyfiyyətli deyildilər”, deyə cavab verib.
Kırmızıgül tamaşaçıların onu çox kədərləndirdiyini və bu səbəbdən səhnələrdən incidiyini bildirib.
"Tamaşaçılarımın keyfiyyətsiz olması məni çox üzdü. Bu, musiqidən getməyimə səbəb oldu. İllərini bu işə həsr edən sənətçiyə hörmət etməlisən. İndi tamaşaçılar çox keyfiyyətlidir. Ailələri ilə gəlirlər. Ölkəmizin illər sonra bu səviyyəyə çatması məni çox sevindirir".
Əfsanə
Manşet.az