71 yaşlı kişi 6 yaşlı uşağı fələstinli olduğu üçün öldürdü

14:35 - 16 Oktyabr 2023

71 yaşlı kişi 6 yaşlı uşağı fələstinli olduğu üçün öldürdü

ABŞ-ın İllinoys ştatında 71 yaşlı Cozef Czuba adlı amerikalı ana və oğluna fələstinli olduqlarını əsas gətirərək bıçaqla hücum edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 26 bıçaq zərbəsi alan 6 yaşlı uşaq dünyasını dəyişib, 32 yaşlı ana isə ağır yaralanıb.

Polis tərəfindən müəyyən edilib ki, bu vəhşi hücumda hər iki qurban HƏMAS və israillilər arasında münaqişələr səbəbilə müsəlman olduqları üçün şübhəlinin hədəfində olub.  

ABŞ prezidenti Co Bayden də fələstinli amerikalı ana və oğluna hücumla bağlı deyib:

"Bu dəhşətli nifrət aktının Amerikada yeri yoxdur və bizim əsas dəyərlərimizə ziddir. Amerikalılar olaraq biz bir araya gəlib islamofobiya, təəssübkeşlik və nifrətin bütün formalarına qarşı çıxmalıyıq”.

Ağır yaralanan qadının həyati təhlükəsinin olmadığı bildirilib. Uşağın ABŞ-da doğulduğu, anasının isə 12 il əvvəl İordan çayının qərb sahilindən ABŞ-a gəldiyi bildirilib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az