Blinken yenidən Təl-Əvivə gəldi

14:47 - 16 Oktyabr 2023

Blinken yenidən Təl-Əvivə gəldi

ABŞ Dövlət katibi Entoni Blinken yenidən Təl-Əvivə qayıdıb. Onun İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail hərbi kabineti ilə görüşü gözlənilir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ABŞ 7 oktyabr hücumu zamanı HƏMAS-ın, Amerika vətəndaşları da daxil olmaqla, götürdüyü girovların azad edilməsinə kömək etmək üçün regional tərəfdaşları ilə işləyir.

Qeyd edək ki, 12 oktyabrda İsrailə səfər edən Blinken buradan ərəb ölkələrinə yollanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az