Norveçdə 7 nazirlikdə dəyişiklikləri nəzərdə tutan yerli seçkilərdən sonra Nazirlər Kabinetində aparılan dəyişikliklər çərçivəsində İsrailin Qəzzanı blokadaya almasını pisləyən xarici işlər naziri Anniken Huitfeld vəzifəsindən azad edilib.
Manset.az xarici mediaya istinadən xəbərverir ki, onun yerinə İqlim və Ətraf Mühit Naziri Espen Bart Eide təyin edilib.
Anniken Huitfeldt Norveçdə yayımlanan NRK radiosunda İsrail-Həmas münaqişəsini dəyərləndirib və İsrailin Qəzzanı “tam blokadaya almasını” pisləmişdi.
Həmçinin, Huitfeldt bir gün əvvəl verdiyi və nazirliyin rəsmi internet saytında dərc etdiyi yazılı açıqlamada, İsrailin Qəzzanı tam mühasirəyə almasını, o cümlədən elektrik, su, qida və digər zəruri ehtiyacları qəbuledilməz adlandırıb.
Əfsanə
Manşet.az