Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.
Manset.az “Qafqazino”ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Rafael Martirosyan təsdiqləyib.
Vəkil bildirib ki, Balasanyan oktyabrın 13-ü dindirilib.
Məlumata görə, V. Balasanyan istintaqçılar tərəfindən 4 saata yaxın dindirildikdən sonra xüsusi nəzarətə götürülməklə sərbəst buraxılıb. Dindirilmə zamanı bir sıra şübhəli və qaranlıq qalan məsələlərə aydınlıq gətirən Balasanyanın yaxın günlərdə üzləşmə prosesinə dəvət olunacağı gözlənilir.