Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfərə yollanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
Məlumata görə, oktyabrın 17-si Strasburqda Avropa parlamentində Paşinyanın çıxışı planlaşdırılır.
Bununla yanaşı, o, Fransada bir sıra danışıqlar keçirəcək.
Qeyd edək ki, Avropa parlamentinin spikeri Roberta Metsola Qranadadakı görüşdə Paşinyanı parlamentin plenar sessiyasına dəvət edib.