Çin Dövlət Televiziyasının müxbiri Qəzzada göz yaşlarına boğuldu - Video

17:09 - 16 Oktyabr 2023

Çin Dövlət Televiziyasının müxbiri Qəzzada göz yaşlarına boğuldu - Video

Çin Dövlət Televiziyasının CGTN müxbiri Nur Harazin Əl-Əqsa Şəhidləri Xəstəxanasının qarşısında çəkiliş zamanı İsrailin törətdiyi qətliamın şahidi olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, müxbir göz yaşlarına boğularaq “Mən öz gözlərimlə gördüm ki, 5 yaşından aşağı ən azı 10 fələstinli uşağın başı yox idi” deyib.   

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2750 nəfərin öldüyünü, 9700 nəfərin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 11 jurnalist ölüb, 20-dən çox mətbuat əməkdaşı yaralanıb, 2 nəfər itkin düşüb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az