Sabah - oktyabrın 17-də ABŞ Prezidenti Cozef Bayden İsrailə səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ştatlar lideri burada İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşəcək.
Xatırladaq ki, bundan öncə oktyabrın 12-də ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər etmişdi.