Yaponiyada 6 bal gücündə zəlzələ baş verdi

17:31 - 16 Oktyabr 2023

Yaponiyada 6 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın cənub-qərbindəki Miyakojima adasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. 

Məlumata görə zəlzələ yerli vaxtla saat 19.42-də Okinava prefekturasının Miyakojima adasının sahillərində 40 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib.

Zəlzələnin yaxınlıqdakı Okinava ada əyalətinin bəzi şəhərlərində də hiss olunduğu bildirilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az