Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı bir çox narahatlıq doğuran hadisələr, xüsusilə İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki insan haqlarının pozulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesin sona çatması üçün hər cür səy göstərdiyini və bundan sonra da çalışacağını bildirib.
Həmçinin Ərdoğan bölgə dövlətlərinin münaqişələrin, insan haqları pozuntularının dayandırılması, sülhün qorunması üçün səy göstərməli, dünyaya bu istiqamətdə mesaj verməli olduğunu bildirdi və tezliklə addımların atılmasının doğru olacağını bildirib.
Jalə
Manşet.az