“Hizbullah İsrailə qarşı tədbir görə bilər” - İran

10:32 - 17 Oktyabr 2023

“Hizbullah İsrailə qarşı tədbir görə bilər” - İran

İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian dövlət televiziyasında canlı yayımlanan xüsusi müsahibəsində Fələstin qrupları ilə İsrail arasındakı münaqişəni dəyərləndirib.

 

Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, diqqətçəkən açıqlamalar verən Abdullahian İranın dəstəklədiyi Livan Hizbullahının yaxın saatlarda İsrailə qarşı hərəkətə keçə biləcəyini bildirib.  

Onun sözlərinə görə yaxın saatlarda müqavimət cəbhəsi tərəfindən hər hansı qabaqlayıcı zərbənin endirilməsi ehtimalı gözlənilə bilər

"Müqavimət liderləri Qəzzada hər hansı quru hücumundan sonra sionist rejimin digər bölgələrdəki müqavimət qüvvələrinə üz tutmasına icazə verməyəcəklər. Bütün variantlar Hizbullahın qarşısındadır".

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az