Qəzza sərhədində tanklar toplayaraq quru əməliyyatına hazırlaşan Təl-Əviv rəhbərliyinə “Qəzzanın altında başqa bir Qəzzanın olduğunu iddia edən” ekspertlər tərəfindən xəbərdarlıq edilib.
Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, ekspertlər mümkün quru əməliyyatında İsrail ordusunun Qəssam Briqadalarının çox uzun müddətdir qazdığı ölüm tunellərində çox ağır itkilər verə biləcəyini bildiriblər.
İsrail kəşfiyyat xidmətləri Fələstin tunel şəbəkəsinin bir hissəsinin marşrutunu bilir. Lakin ekspertlərin fikrincə, yerdə qalan hissələrin məxfi olması İsrailin Qəzza zolağında istənilən quru əməliyyatını çətinləşdirir. Nyu-Yorkda yerləşən Soufan analitik mərkəzinin tədqiqatçısı Kolin Klark "Həmas tunellərini əzbər bilir. Onların bəzilərində tələlər var. Belə yerlərdə döyüşməyə hazırlaşmaq üçün israillilərin ola bilməyəcəyi geniş kəşfiyyat tələb edir” deyib.
İsrail ordusunun sözçüsü isə yayımladığı videoda "Qəzzanı mülki insanlar üçün bir qat, HƏMAS üçün isə başqa bir qat kimi düşünün. Biz Həmasın inşa etdiyi ikinci qata çatmağa çalışırıq. Bunlar Qəzzalı sivillər üçün qurulan sığınacaq deyil. Bunlar HƏMAS və digərlərinin İsrailə raket atmağa və terrorçu göndərməyə davam etməsi üçün mövcuddur”
İsrailin “Qəzza metrosu” adlandırdığı tunel şəbəkəsinin ölçüsünü anlamaq kifayət qədər çətindir. Bu şəbəkənin uzunluğu 41 kilometr, eni isə 10 kilometr olan Qəzza zolağının altında olduğu güman edilir.
Qeyd edək ki, Qəzzada tunel tikintisi 2005-ci ildə İsrail əsgərlərini və mühacirlərini bölgədən çıxarmazdan əvvəl başlayıb. Lakin iki il sonra HƏMAS bölgəyə nəzarəti ələ keçirdikdən sonra tikinti sürətləndi. Bu, İsrail və Misirin malların və insanların bölgəyə daxil və xaricə hərəkətini məhdudlaşdıraraq blokada tətbiq etməsinə səbəb olub. 2021-ci ildə HƏMAS ilə İsrail arasında baş verən qarşıdurmadan sonra İsrail ordusu hava zərbələri nəticəsində 100 kilometrdən çox tunel sahəsini məhv etmişdi. HƏMAS isə tunellərinin 500 kilometrə qədər uzandığını və hücumlar zamanı onların yalnız 5 faizinin vurulduğunu iddia etmişdi. Bir vaxtlar Misir sərhədi altından keçən təxminən 2500 tunelin Həmas və digər qruplar tərəfindən mal, yanacaq və silah qaçaqmalçılığı üçün istifadə edildiyi güman edilir. 2010-cu ildən sonra İsrail sərhəd keçidlərini rahatlaşdırdıqdan sonra qaçaqmalçılıq Qəzza üçün əhəmiyyətini itirib. Misir daha sonra tunelləri suya batıraraq və ya məhv edərək qaçaqmalçılığı dayandırıb.



Əfsanə
Manşet.az