İsrail polisi fələstinli müğənni Dellal Əbu Amini sosial şəbəkədə "Fələstini dəstəklədiyi və İsrail əleyhinə paylaşımlar etdiyi" səbəbilə saxlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı İsrail polisindən yazılı açıqlama verilib. Açıqlamada sosial mediada nüfuzu olan müğənninin hadisələri təhrik etmək şübhəsi ilə saxlanıldığı bildirilib.
Polisin həbs müddətinin uzadılması tələbi ilə fələstinli müğənninin Nazareth Sülh Cəza Məhkəməsinə sövq ediləcəyi bildirilib.
Əfsanə
Manşet.az