Ukrayna müharibəsinin ilk günlərində Bolqarıstanı “dost ölkə” elan edən Rusiya Varnadakı Baş Konsulluğunu bağlayıb.
Bu barədə Manşet.az xarici KİV-ə istinadən xəbər verir.
Rusiyanın Varna Baş Konsulluğunun istifadə etdiyi binanın 1 noyabrda müddəti bitən icarə müqaviləsinin Bolqarıstan Xarici İşlər Nazirliyi ilə uzadılmadığı öyrənilib.
Sentyabrın əvvəlində Varna Baş Konsulluğunun internet saytında dərc edilən elanda oktyabrın 2-dən etibarən xidmətin göstərilməyəcəyi bildirilib.
İşarələri də sökülən Baş Konsulluğun bir müddət əvvəl boşaldıldığı məlum olub.
Rusiya Bolqarıstanda paytaxt Sofiya və Ruse şəhərlərində konsulluq xidmətləri göstərməyə davam edəcək.