Zimbabvedə öldürücü vəba epidemiyası baş qaldırıb.
Manset.az xəbər verir ki, bu barədə Zimbabve Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada ölkə daxilində vəba aşkarlandıqdan sonra 55 nəfərin müalicə üçün xəstəxanalara yerləşdirildiyi bildirilib.
Həmçinin bildirilib ki, Qutu, Buhera, Bikita, Çipinqe, Çiredzi və Mutare bölgələrində vəba epidemiyasının yayıldığı qeyd edilib və bu bölgələrdə sağlamlıq tədbirlərinin görülür.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba ishala səbəb olur və orqanizmdə susuzluğa səbəb olur.
Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.