Rusiya Prezidenti Vladimir Putin Pekində bir sıra danışıqlardan sonra Özbəkistan və Qazaxıstan liderləri Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayevlə qeyri-rəsmi görüş keçirib.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya, Qazaxıstan və Özbəkistan liderləri Pekində rəsmi işgüzar təmaslarını başa vurduqdan sonra qeyri-rəsmi görüş keçiriblər və orada cari məsələləri, o cümlədən bir neçə gün əvvəl Bişkekdə baş tutan danışıqların inkişafı ilə bağlı müzakirələri davam etdiriblər”, - Peskov qeyd edib.