SAXAL Qəzzada xəstəxanaya raket düşməsinin görüntülərini yaydı - VİDEO

10:30 - 18 Oktyabr 2023

SAXAL Qəzzada xəstəxanaya raket düşməsinin görüntülərini yaydı - VİDEO

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzada 800-dək insanın ölümünə səbəb olan bir xəstəxanaya raket atılmasının videosunu yayıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülər SAXAL-ın rəsmi teleqram kanalında dərc olunub.

Ordunun mətbuat xidməti bildirib ki, yayılan görüntülərdə “İslami Cihad terror təşkilatının Qəzza şəhərində Əl-Əhli xəstəxanasına hücuma səbəb olan uğursuz raket atışı” göstərilir. “IAF-nin video görüntüləri İslami Cihad terror təşkilatı tərəfindən uğursuz raket buraxılışından əvvəl və sonra xəstəxananın ətrafındakı ərazini çəkib”, - mətbuat xidməti qeyd edir.

Bundan əvvəl İsrail ordusu Qəzzada xəstəxanaya raket hücumunun İsrail hərbçiləri tərəfindən həyata keçirildiyi barədə xəbərləri təkzib etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az