İsrail ordusu HƏMAS-ın 2 komandirini məhv etdi - VİDEO

10:46 - 18 Oktyabr 2023

İsrail ordusu HƏMAS-ın 2 komandirini məhv etdi - VİDEO

İsrail ordusu son sutka ərzində Qəzza zolağında iki HƏMAS komandirini məhv edib, eləcə də Qəzza zolağında onlarla hərbi hədəfə zərbələr endirib.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Qəzza şəhərindəki HƏMAS briqadasının tank əleyhinə raket kompleksinin komandiri Məhəmməd Avdallah və HƏMAS dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi kəşfiyyat məlumatları nəticəsində məhv edilib.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, həmçinin HƏMAS-ın komanda mərkəzləri, döyüş meydançaları, tank əleyhinə idarə olunan raket buraxılış məntəqələrinin olduğu bəzi hərbi infrastruktur obyektlərinə də zərbələr endirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az