Troy Texnologiya Müdafiə Müdiri Sait Ersoy Bereketlioğlu Qəzzadakı xəstəxananın bombalanmasının JDAM ilə təchiz edilmiş 2000 lb (910 kiloqram) Mark 84 (MK-84) bombasına aid ola biləcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, döyüş başlıqları, mini-mikro raketlər və hərbi dərəcəli yüksək partlayıcı kimyəvi maddələrin istehsal texnologiyaları üzərində işləyən Bereketlioğlu silahın əlamətlərini, partlayışın səsi və şiddətini nəzərə alaraq onun JDAM ilə təchiz edilmiş 2000 lb MK-84 bombasına aid ola biləcəyini bildirib.
Bereketlioğlu bu avadanlıqla sözügedən bombanın dəqiq idarə olunan sursata çevrildiyini də bildirib.
Bereketlioğlu qeyd edib ki, başqa bir ehtimala görə bunun MK-84 istifadə olunan BLU-109 bunker deşici bomba olmasıdır. Hər iki bomba İsrail ordusunun inventarında yer almaqdadır.
Əfsanə
Manşet.az