Fransanın 6 hava limanında bomba həyəcanı

15:16 - 18 Oktyabr 2023

Fransanın 6 hava limanında bomba həyəcanı

Fransada səhər saatlarından etibarən 6 hava limanında bomba təhlükəsi ilə bağlı təxliyə həyata keçirilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “BFMTV” yayıb. 

Məlumata görə, sərnişinlərin təxliyəsi Lil, Bron, Nitsa, Nant, Tuluz və Bove şəhərlərinin hava limanlarında edilib. 

Bildirilir ki, Lil hava limanına partlayış təhlükəsi ilə bağlı elektron məktub daxil olub, Nitsa aeroportunda isə sahibsiz baqaj aşkar edildiksən sonra təxliyə barədə qərar verilib. 

Qeyd edək ki, son günlər partlayış təhlükəsi ilə bağlı Versal sarayında 2 dəfə təxliyə həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az