İsrail əsilli türk müğənninin paylaşımı sərt reaksiyaya səbəb oldu

15:58 - 18 Oktyabr 2023

İsrail əsilli türk müğənninin paylaşımı sərt reaksiyaya səbəb oldu

İsrail əsilli Türkiyə vətəndaşı, məşhur müğənni Linet Mor Menaşe sosial media hesabında ölən israillilərin fotolarını "Həmas qatildir" sitatı ilə paylaşıb.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə müğənninin İsrailin xəstəxanaya hücumu və yüzlərlə fələstinlini qətlə yetirməsi ilə bağlı bir söz deməməsi diqqətdən yayınmayıb.

Linetin israilyönlü paylaşımına məşhur prodüser Erol Köse "Bu toplara heç girmə",- deyərək xəbərdarlıq edib.

"Bu ölkədə sərvət qazanmısansa, bax, sənin adına minlərlə linç mesajı gəlir. Məncə, bu topa girməməlisən dostum".

Sosial şəbəkə istifadəçiləri müğənniyə reaksiya göstərərək Linetin ölkəni tərk etməli olduğunu bildiriblər.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az