ABŞ-ın reputasiyası zədələndi - Hakan Fidan

16:16 - 18 Oktyabr 2023

ABŞ-ın reputasiyası zədələndi - Hakan Fidan

ABŞ-ın Yaxın Şərqdəki mənəvi üstünlüyü inanılmaz dərəcədə ziyan çəkdi və mümkündür ki, Ağ Evin regiondakı reputasiyası ciddi şəkildə zədələnsin.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, ABŞ-ın Şərqi Aralıq dənizi hövzəsinə aviadaşıyıcılar göndərməsi yeni deyil və Vaşinqton bununla öz ehtiyaclarına uyğun olaraq taktiki və strateji hədəflərini müəyyənləşdirir:

“Bu yolla Vaşinqton münaqişəyə başqa tərəflər cəlb olunarsa, çəkindirici rolunu oynamaq istəyir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az